Azərbaycanda yeni şirkət fəaliyyətə başladı: “Mak Marin LTD” (FOTOLAR)


14:59     28 Sentyabr 2019 2019/09/mak12_1569668402.jpg

Bakıda yeni fəaliyyətə başlayan “Mak Marin LTD” şirkəti layihələri barədə ictimaiyyətə məlumat verib.


Şirkətin təsisçisi və direktoru Mətanət Süleymanzadə açıqlamasında bildirib ki, təşkilatın yaradılmasında məqsəd Dövlətin əhalinin sosial durumunun yaxşılaşdırılması istiqamətində apardığı siyasətə dəstək verməkdir. O, bildirib ki, “Mak Marin LTD” şirkətinin əsas məqsədlərindən biri Azərbaycanda bəzi ixtisası olmayan vətəndaşlara ixtisas vermək və onların layihələrə yönləndiirlməsidir. Bu isə vətəndaşların sosial durumunun daha da yaxşılaşmasına səbəb olacaq.





“ Bildiyimiz kimi ölkə rəhbəri cənab İlham Əliyevin rəhbərliyi ilə ciddi islahatlar keçirilir. Bu islahatlar sırasında əhalinin sosial durumunun daha da yaxşılaşdırılması mühüm yer tutur. Biz bu cür əhəmiyyətli layihələrin həyata keçirilməsində bir vətəndaş kimi Dövlətin yanında olmalıyıq. Bizim şirkətin əsas istiqamətlərindən biri də məhz budur. Bizim şirkət bu il yaranıb. Fəaliyət istiqamətimiz müxtəlif sahələr üzrə ixtisaslı kadrların seçilməsi, hazırlanması və şirkətlərə yönləndirilməsdiri. Az bir zamanda 100-a yaxın vətəndaş ixtisaslaşaraq müxtəlif vəzifələrə göndərilib. Onlar arasında qaynaqçı, elektrik, sürücü, fəhlə və digər peşə sahibləri də var.”, deyə şirkətin direktoru bildirib.




“Mak Marin LTD” şirkəti əsas iş prinsiplərini gənc kadrların işlə təmin edilməsi üzərində qurub. Şirkətin demək olar ki, bütün rəhbər əməkdaşları gənc kadrlardan təşkil olunub.


“Fikir versəniz bizim əməkdaşlarımızın böyük əksəriyyəti gənclərdən ibarətdir. Biz bu əməlimizlə Dövlətin gənclərə verdiyi dəstəyə bir növ təkan vermiş oluruq. Bizim savadlı kadrlarımız Türkiyədə təhsil alıb. Hazırda 5 vətəndaşımız layihələr üzrə idarəetmədə rəhbər işçilərdir.”, deyə şirkətin direktoru bildirib.




Əməliyyatlar üzrə departament rəhbəri Şəhriyar Quliyev görüləcək işlər barədə məlumat verib.

“Hazırda yeni işçilərimiz “Murphy” ərazisində yerləşir. Bizim üçün vacib məsələlərdən biri işçilərin tam sağlam və təhlükəsiz şəraitdə işləməsidir. Bunun üçün əlimizdən gələni edirik. Şirkətimiz yeni yaranmasına baxmayaraq artıq təcrübə toplamışıq. Ümid edirik ki, gələcəkdə uğurlarımız daha da bol olacaq.”




“Mak Marin LTD” şirkiti xarici dövlətlərlə də sıx əməkdaşlıq edir. Beynəlxalq Münasibətlər Şöbəsinin rəhbəri Kərim Rüstəmov layihələrin hazırlanmasında beynəlxalq təcrübədən yararlandıqlarını bildirib. Bu istiqamətdə bir sıra xarici ölkələrlə müqavilələr də imzalanıb.

“İlkin mərhələdə Qazaxıstan Respublikası və Səudiyyə Ərəbistanı ölkəsi ilə müqavilə bağlamışıq. Oman ölkəsi bizimlə sıx əməkdaşlıq edir. Birinci mərhələdə bizdən 30 nəfərlik qaynaqçılar tələb olunub. Hazırda biz həmin qaynaqçıları ixtisalaşdırıb xarici ölkələrə işləməyə göndərəcyik. İkinci mərhələdə daha çox vətəndaş xaricdə işləmək şansı qazanacaq.Bundan əlavə Türkiyə Respublikası ilə də sıx əməkdaşlıq edirik. Əsas məqsədimiz brendimizi xaricdə tanıtmaqdır. Bizim güclü personalımız var. İnanırıq ki, istəyimizə çatacağıq.”






Şirkət əməkdaşların və işə götürülən şəxslərin sağlamlığına da diqqət edir. İşə götürülən bütün şəxslərin tibbi sığortası şirkət tərəfindən təmin edilir. Əməyin Mühafizəsi üzrə eksperti Sadiq Əlizadə bildirib ki, işçilər onların şirkətindən ayrılqdıda belə onların tibbi sığortası qüvvədə qalır.

“ Biz təhlükəsizlik məsələsinə də xüsusi diqqət edirik. Əməkdaşlarımızın hər biri tibbi sığorta ilə təmin edilir. İşçilər ümumi qan analizi edildikdən sonra sağlamlıq haqqında arayış əsasında həyatları sığorta olunur. Ərazidə çalışan işçilər tam sığorta paketi ilə təmin olunur.





“Mak Marin LTD” şirkəti vasitəsi ilə artıq iş fəaliyyətinə başlayan Aslan Məmmədov razılığını ifadə edib.


“ Mən şirkət vasitəsi ilə ixtisaslaşdıqdan sonra iş düzəldim. İndi hər bir şəraitdən razıyam. Bizi xüsusi maşınla metronun yaxınlığından götürüb iş yerinə çatdırırlar.Rəhbərliyin nəzarəti də hər zaman üzərimizdədir.”
Şirkət yeni yaranmasına baxmayaraq bir sıra uğurlara imza atıb.Təsisçi və direktor Mətanət Süleymanzadə “Brend of Azerbaijan”, “Biznes lady” və “İlin zəhmətkeş xanımı” mükafatlarına layiq görülüb.












Femida.az

Açar sözlər: #“MakMarinLTD”   #Şirkət  

Oxunub: 7530


Oxşar xəbərlər