Neftçalada əhaliyə pulsuz hüquqi yardım göstərilib


22:03     28 Sentyabr 2019 2019/09/15696-1569691926_1569693958.jpg

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Prezident İlham Əliyevin ötən il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən, hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslərə ödənişsiz hüquqi xidmətlərin göstərilməsini davam etdirir.


Femida.az xəbər verir ki, silsilə tədbirlər çərçivəsində sentyabrın 28-də “Faiq Nağıyev və partnyorları” və “Kredo” vəkil büroları tərəfindən Neftçala rayonundakı Heydər Əliyev Mərkəzində Neftçala və ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilib.

Vəkillər Kollegiyasının üzvləri 10 vətəndaşa müxtəlif növ hüquqi yardım göstərib, onların problemləri ilə tanış olub, müvafiq məsləhətlər veriblər. Vəkillər vətəndaşları narahat edən məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazıblar.

Xatırladaq ki, dövlətimizin başçısının Sərəncamına əsasən, Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlərin göstərilməsi tövsiyə edilib. Bu tövsiyənin icrası ilə əlaqədar müvafiq tədbirlərin respublikanın digər regionlarında da müntəzəm təşkil edilməsi nəzərdə tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 700