Bakıda 11 yaşlı qız yanaraq ölüb


09:01     29 Sentyabr 2019 fhn.jpg

Bakıda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

Femida.az FHN-ə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Ümumi sahəsi 30 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 2008-ci il təvəllüdlü Ələkbərova Firuzə Qabil qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 2314