Sahibsiz it 12 yaşlı qızı xəstəxanalıq etdi


10:54     29 Sentyabr 2019 19_09_29_1569738328.jpg

Sentyabrın 28-i axşam saatlarında Qax şəhəri N.Hikmət küçəsi, ev 14 ünvanında yaşayan, 2007-ci il təvəllüdlü Aytən Adil qızı Məmmədovaya küçədə sahibsiz it hücum edib.

O, dərhal Qax Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Müayinə zamanı məlum olub ki, A.Məmmədovaya küçədə it onun sol ayağından dişləyib. A.Məmmədovaya lazımı tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 370