Cəlilabadda ağır yol qəzası - 1 nəfər ölüb


11:38     29 Sentyabr 2019 qeza3.jpg

Cəlilabad rayonunda ağır yol qəzası baş verib.

Hadisə səhər saatlarında rayonun Dələli kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, minik avtomobilinin aşması nəticəsində 1 nəfərin öldüyü, 4 nəfərin yaralandığı bildirilir. Yaralılar xəstəxanaya çatdırılıb. Yaralılardan birinin vəziyyətinin daha ağır olduğu bildirilir.

Avtomobildə olan şəxslər Masallı rayon sakinləridir.

Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 736