Küçədə zibil qabından təhlükəli tapıntı


13:21     29 Sentyabr 2019 2019/09/790127_1569749360.jpg

Bakıda küçədən silah tapılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Dəmirov Coşqun Rauf oğlu Xətai rayonu, Cavanşir küçəsi, ev 4-ün qarşısındakı zibil qabından qara rəngli sellofana bükülmüş vəziyyətdə olan tapança və darağını tapıb. O, silah və darağı könüllü olaraq polisə təqdim edib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 506