Tərtər sakininin evində narkotik vasitə aşkar edilib

Tərtər sakininin evində narkotik vasitə aşkar edilib


14:42     29 Sentyabr 2019 2019/09/45f923bd-a66e-42bc-9544-f27bc0298cbf_1569753820.jpg

Tərtər rayonunun Mamırlı kənd sakinindən külli miqdarda marixuana götürülüb.


Rayon polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Əli Hüseyn oğlu Həsənov saxlanılıb. Onun işlədiyi çayxanaya və yaşadığı evə baxış keçirilən zaman ümumilikdə 1 kq 400 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 163