Cüdoçularımız ilk dəfə dünya çempionatının finalına yüksəlib


16:03     29 Sentyabr 2019 2019/09/4fd71521-8c8e-4dc0-8da1-163c014becda_1569762471.jpg

Qazaxıstanın Almatı şəhərində yeniyetmə cüdoçular arasında keçirilən dünya birinciliyinin komanda yarışlarında Azərbaycan millisi tarixində ilk dəfə finala çıxıb.

Femida.az-;n məlumatına görə, yığma Çin Taypeyi, Avstraliya və Rusiya komandalarına qalib gəlib. Həlledici görüşdə rəqib Yaponiya olacaq.

Qeyd edək ki, fərdi yarışda Kamran Süleymanov (60 kq) gümüş, Vüqar Talıbov (73 kq) bürünc medala sahib çıxıb.

Femida.az

Açar sözlər:

Oxunub: 591