Misirin güc strukturları Sinayda 15 silahlını zərərsizləşdiriblər


18:33     29 Sentyabr 2019 suriye-nijerya-ve-misir-da-kanli-bayram-15-olu-7517024_x_9904_o.jpg

Misirin güc strukturları Şimali Sinay vilayətinin Əl-Ariş şəhərində 15 nəfərdən ibarət silahlını zərərsizləşdiriblər.

Femida.az -ın məlumatına görə, bu barədə "Əl-Vətən" qəzeti Daxili İşlər Nazirliyinin açıqlamasına istinadən məlumat yayıb.

Qeyd edilir ki, güc strukturlarına terrorçulardan ibarət qrupun Əl-Arişdəki Əl-Hus yaşayış kvartalında düşmənçilik aksiyası hazırlamaları barədə məlumat daxil olub. İnformasiyanın yoxlanılmasından sonra terrorçuların toplandığı yerə hücum təşkil edilib. Atışma nəticəsində 15 silahlı zərərsizləşdirilib.

Açar sözlər:

Oxunub: 509