Hacıqabul-Ələt yolunda hərəkət məhdudlaşdırılacaq


10:14     30 Sentyabr 2019 2018/08/renglenme-zolaq_1533624020.jpg

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Hacıqabul-Ələt istiqamətində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Femida.az-a verilən xəbərə görə, işlər bu gün axşam saatlarınadək davam edəcək.

Bu müddət ərzində hərəkət hissə-hissə işlər aparılan zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 403