Cəlilabadda baş verən ağır yol qəzası ilə bağlı cinayət işi başlanıb


11:08     30 Sentyabr 2019 big_1405422456_qeza.jpg

Cəlilabadda ötən gün baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Femida.az -ın məlumatına görə, rayonun Dələli kəndində 1 nəfərin ölümü, 4 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti qaydalarını pozma, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, ötən gün rayonun Dələli kəndi ərazisində "Mercedes" markalı minik avtomobili aşıb. Nəticədə Masallı rayon sakinləri, sürücü 1955-ci il təvəllüdlü Şikar Əli oğlu Dadaşov və sərnişinlər - 1961-ci il təvəllüdlü Xatirə Əyyub qızı Dadaşova, 1984-cü il təvəllüdlü Xəyalə Şikar qızı Dadaşova və 2006-ci il təvəllüdlü Elmin Emin oğlu Əlibəyli müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Avtomobildəki sərnişinlərdən 1980-ci il təvəllüdlü Emin İntiqam oğlu Əlibəyli isə dünyasını dəyişib.

Açar sözlər:

Oxunub: 440