Daha 1298 tələbə pulsuz təhsil alacaq - RƏSMİ


12:07     30 Sentyabr 2019 19_09_30_1569830869.jpg


Əlavə müsabiqənin nəticələrinə əsasən 1298 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib.


Dövlət İmtahan Mərkəzindən Femida.az.az-a bildiriblər ki, 2018-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalıb. Müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunan tələbələrin arasında onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilib.

Əlavə müsabiqənin nəticələrinə əsasən 1298 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib və onların siyahısı müvafiq tədbir görülməsi üçün ali təhsil müəssisələrinə göndərilib.

Femida.az

Açar sözlər: #tələbə   #təhsil  

Oxunub: 403