Prezident hadisə yerində


15:42     20 May 2015 lham%20Əıliyev.jpg

Prezident İlham Əliyev ötən gün Bakının Binəqədi rayonu ərazisində baş vermiş yanğınla əlaqədar hadisə yerinə gəlib.

Bu barədə Femida.az-a Binəqədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova məlumat verib.

İcra rəsmisi bildirib ki, ölkə başçısı səhər saatlarında hadisə baş verən əraziyə baş çəkib.

“İlham Əliyev bu gün səhər saat 9-10 radələrində hadisə baş verən əraziyə baş çəkdi. Müvafiq qurumlara hadisə ilə bağlı tapşırıqlarını verdi”.

Prezident İlham Əliyevə baş vermiş yanğının ilkin səbəbləri, hadisə zamanı və sonra görülən tədbirlər, eləcə də xəsarət alanların son vəziyyəti, bina sakinlərinin yerləşdirilməsi və s. məsələlərlə bağlı ətraflı məlumat verilib.

Açar sözlər:

Oxunub: 711