Milli Məclisin İntizam Komissiyasında Rafael Cəbrayılovun məsələsinə baxılmayacaq


13:29     30 Sentyabr 2019 milli%20mec1.jpg

Milli Məclisin İntizam Komissiyası Rafael Cəbrayılovun məsələsinə baxmayacaq.


Femida.az xəbər verir ki, bu barədə APA-ya Milli Məclisin İntizam Komissiyasının üzvü Hikmət Babaoğlu məlumat verib.

O bildirib ki, Rafael Cəbrayılov deputat mandatından imtina ilə əlaqədar müraciət etdiyindən onun məsələsinin İntizam Komissiyasında müzakirəsinə ehtiyac qalmır.

Qeyd edək ki, bu gün Milli Məclisin payız sessiyasının ilk iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Rafael Cəbrayılov mandatından imtina etməklə bağlı parlamentə müraciət edib.

Deputat R. Cəbrayılovun 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı xəbərlər yayılıb. O, Təranə Fətəliyeva adlı vətəndaşdan ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 300 min ABŞ dolları məbləğində borc alıb. Lakin deputat borcu vaxtında ödəyə bilməyib. O, borcu vəd etdiyi vaxta qaytara bilmədiyi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatının vəsiqəsinin əslini girov qoyub. R. Cəbrayılov T. Fətəliyevadan başqa Xatirə Nəcəfova adlı daha bir qadından da borc alıb.

Femida.az

Açar sözlər:

Oxunub: 2142