Gəlin qayınanasını yumruqla döydü


01:12     16 Noyabr 2015 34887.jpg


Bakıda 32 yaşlı gəlin qayınanasını döyüb.

Femida.az-ın milli.az-a istinadən məlumatına görə, hadisə Nəsimi rayonunda beş verib. 20 Yanvar küçəsində yaşayan, 1937-ci il təvəllüdlü Əzizə Məmmədova bildirib ki, yaşadıqları evdə gəlini, 1983-cü il təvəllüdlü Validə Məmmədova onu söyüşlərlə təhqir edib, yumruq və təpiklə döyüb.

Hadisə nəticəsində xəsarət alan qadın Travmatologiya Xəstəxanasına yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1202