Texniki baxışın rüsumu artırıldı


14:50     30 Sentyabr 2019 texniki%20baxış%20qaydaları.jpg


Milli Məclisin bu gün keçirilən plenar iclasında nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi üçün ödənilən dövlət rüsumunun artırılmasını nəzərdə tutan dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Femida.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" qanuna dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, nəqliyyat vasitələrinin qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçirilməsinə görə dövlət rusumu 20 manatdan 30 manata qaldırılır.

Dəyişiklik müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.

Qanuna dəyişiklik Milli Məclis tərəfindən 3-cü oxunuşda təsdiq olunduqdan sonra, 1 yanvar 2020-ci ildən qüvvəyə minəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1934