Bakıda qadını zorakılıqla qətlə yetirən 3 nəfər saxlanıldı


15:03     30 Sentyabr 2019 19_09_30_1569841516.jpg


Sentyabrın 23-də saat 22 radələrində Yeni Yasamal-1 yaşayış sahəsində Maya Kərimovanın üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı evdə tapılması barədə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə məlumat daxil olub.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə M.Kərimovanın Lənkəran rayon sakinləri H.Nəsirli və əvvəllər məhkum olunmuşlar - F.Axundov, R.Quluzadə tərəfindən bıçaqla qətlə yetirilməsi müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən R.Quluzadə və H.Nəsirli saxlanılıb, digər şəxsin tutulması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 361