Tərtər sakinindən narkotik götürülüb


15:23     30 Sentyabr 2019 2019/09/ds3_1569842702.jpeg


Daxili işlər orqanları əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, kultivasiyası və saxlanması ilə məşğul olan şəxslərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.


DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələri qanunsuz yolla əldə etməkdə şübhəli bilinən Mamırlı kənd sakini 1977-ci il təvəllüdlü Əli Həsənov saxlanılıb. Onun kənd ərazisində icarə əsasında işlətdiyi kafeyə və evinin həyatyanı sahəsinə baxış keçirilən zaman ümumi çəkisi 1 kiloqram 124 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 470