Ağsu icra başçısı vəzifəsindən azad edildi


15:37     30 Sentyabr 2019 19_09_30_1569843543.jpg


Prezident İlham Əliyev Ə.Q.Seyidəliyevin Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.


Femida.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Ənvər Qasım oğlu Seyidəliyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

Prezident İlham Əliyev digər sərəncamla V.H.Tağıyevin Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Vahid Heydər oğlu Tağıyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.

Femida.az

Açar sözlər: #Prezident   #İlham_Əliyev   #Ağsu   #sərəncam  

Oxunub: 2035