Saakaşvili Gürcüstana qayıdır


15:43     30 Sentyabr 2019 19_09_30_1569843805.jpg


Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili ölkəyə qayıtmaq fikrində olduğunu açıqlayıb.


Femida.az Trend-ə istinadən xəbər verir ki, o yaxın vaxtlarda qayıdacağını və Gürcüstanda dövlətçiliyi bərpa edəcəyini bəyan edib.

Qeyd edək ki, M.Saakaşvili və partiyası Gürcüstanda 9 il, 2012-ci il parlament seçkilərinə qədər hakimiyyətdə olub. 2013-cü ildə M.Saakaşvili Gürcüstanı tərk edib.

Onun barəsində Gürcüstanda bir sıra cimayət işləri açılıb. Ölkə hökuməti dəfələrlə bəyan edib ki, M.Saakaşvili sərhədi keçdiyi anda həbs ediləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 392