16-cı dəfə hamilə qalan qadın ən yaşlı daşıyıcı ana oldu


18:42     30 Sentyabr 2019 19_09_30_1569847785.jpg

İngiltərə sakini 52 yaşlı Kerol Horlok başqa ailəyə 14-cü dəfə uşaq dünyaya gətirmək üçün müqavilə bağlayan ən yaşlı daşıyıcı ana olub.

Horlok 65 yaşlı əri Pol ilə birlikdə Esseksdə yaşayır. Onun ilk evliliyindən iki övladı var: 29 yaşlı Stefani və 25 yaşlı Meqan. Bununla yanaşı, britaniyalı qadın 13 uşaq üçün daşıyıcı ana olub və onların hər birinə görə 15 min funt sterlinqə (30 min manatdan çox) qədər pul alıb.

Horlok ilk dəfə daşıyıcı ana olmağa 27 yaşında, öz uşaqları doğulduqdan sonra qərar verib. Qadın ilk övladını başqa ailəyə 25 il əvvəl verdiyini deyib:

“Mən o valideynlərin sevincini gördükdən sonra etdiyimə peşman olmadım. Bu illər ərzində bir dəfə əkiz, iki dəfə isə üçəm dünyaya gətirmişəm”.

Ana bu illər ərzində bir dəfə, 2004-cü ildə hadisələrin planlaşdırıldığı kimi getmədiyini deyib. Belə ki, ailə dünyaya gələn uşağa DNK analizi etdirib və məlum olub ki, körpənin atası daşıyıcı ananın həyat yoldaşı Poldur. Amma bununla belə, ailə uşağı qəbul edib.

Açar sözlər:

Oxunub: 441


Oxşar xəbərlər