“Elektron Məhkəmə” sistemi ilə bağlı görüş keçirildi
19:13 30 Sentyabr 2019
Ədliyyə Nazirliyinin və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə “Şəffaf və səmərəli ədalət mühakiməsi – innovativ nümunələr” adlı görüş keçirilib.
Femida.az xəbər verir ki, görüşdə Nazirliyin və Mərkəzin rəhbər şəxsləri, “Elektron Məhkəmə” informasiya sistemi üzrə işçi qrupun üzvləri, Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya və ölkədə fəaliyyət göstərən çoxsaylı sahibkarlar, ictimai birliklərin və biznes assosiasiyalarının, aparıcı hüquq konsaltinq şirkətlərinin nümayəndələri, vətəndaş cəmiyyətinin təmsilçiləri və KİV nümayəndələri iştirak ediblər.
Nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin sədri Vüsal Qasımlı açıb.
Bildirilib ki, gğrüşün keçirilməsində məqsəd Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə məhkəmə-hüquq sistemində aparılan islahatlar və tətbiq olunan innovasiyalar, o cümlədən ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılmasında “Elektron Məhkəmə” informasiya sisteminin üstünlükləri barədə məlumatlandırmaqdır.
Qeyd olunub ki, Dünya Bankının nüfuzlu “Doing Business 2020” hesabatına əsasən, ölkəmiz ən islahatçı 20 ölkə sırasındadır.
Tədbirdə nazirliyin informasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim səmədzadə, “elektron məhkəmə” informasiya sistemi üzrə işçi qrupun rəhbəri, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərələliyi üzrə Komissiyasının (CEPEJ) prezidenti, hakim Ramin Qurbanov tərəfindən hüquqi xidmətlərə əlçatanlığın asanlaşdırılması, vətəndaşlara və sahibkarlara məhkəmələrə müraciət etmək üçün yaradılmış elektron imkanlar, o cümlədən şəxsi kabinet, elektron müraciət barədə əyani təqdimatlar edilib.
Amin Nəzərli
Femida.az
Oxunub: 1404
Oxşar xəbərlər
- Ədliyyə Nazirliyi Rasim Balayevin səlahiyyətlərini təsdiq edib
- Ədliyyə Nazirliyi aliment ala bilməyən vətəndaşlara çağırış edib
- Baş prokurora I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib
- Nazir: “Ədliyyə işçiləri “YAŞAT” və Qarabağ Dirçəliş fondlarına 4,5 milyon manatdan çox ianələr edib”
- Naxçıvanın ədliyyə nazirinə ali xüsusi rütbə verilib
- Həbsxanaya poçt vasitəsilə narkotik keçirmək istədi
- Amnistiya Aktının ümumilikdə 17 min nəfərə şamil olunması gözlənilir
- Amnistiya Aktı indiyədək 101 nəfərə şamil olunub
- Fikrət Məmmədov türkiyəli həmkarı ilə görüşüb
- Ali Məhkəmə və Ədliyyə Nazirliyi birgə məlumat yayıb