Prezident Şamaxıdakı suvarma işlərinə görə 300 min manat ayırdı


19:36     30 Sentyabr 2019 2019/09/a9c2cd02-6c5d-40ec-b96c-ebff51711af7_1569854276.jpg


Prezident İlham Əliyev Şamaxı rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.


Femida.az-ın məlumatına görə, sərəncamla Şamaxı rayonunda 2500 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 8 kiçik sututarında zəruri təmir-bərpa işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 300 min manat ayrılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 481