Parisdə yeni terror təhlükəsi - Ölü sayı 132 oldu


03:57     16 Noyabr 2015 117806_res_01.jpg


Fransanın paytaxtı Parisdə yenidən terror qorxusu yaşanıb.

AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, paytaxtın Cümhuriyət meydanında bir maşının içində partlayıcı maddələr olması ilə bağlı polisə məlumat daxil olub.

Bu xəbərdən sonra yüzlərlə polis əməkdaşı şəhərə səfərbər edilib. İnsanlar yenidən terror hadisəsinin olacağından ehtiyat edirlər. Şəhər sakinləri 13 noyabr olayından sonra qorxu və təşviş içindədir.

Hazırda Parisin mərkəzində təhlükəsizlik tədbirləri görülür.

Fransa polisinin bu gün yaydığı məlumata görə, noyabrın 13-də Parisdə baş verən terror hadisəsi zaman yaralanan 3 nəfər dünyasını dəyişib. Bununlada Paris terrorunda ölənlərin sayı 132-yə çatıb.

Açar sözlər:

Oxunub: 1017