Gecə reysləri fəaliyyətə başlayır
21:58 30 Sentyabr 2019
Oktyabrın 1-də 9 illik fasilədən sonra şəhərlərarası istiqamətdə ilk gecə reysi üzrə avtobuslar yola düşəcək.
Femida.az xəbər verir ki, sabahdan Bakı-Gəncə-Bakı, Bakı-Qırmızı Körpü-Bakı, Bakı-Mingəçevir-Bakı, Bakı-Tərtər-Bakı istiqamətində test rejimində iri tutumlu, müasir, komfortlu, Almaniyanın “MAN” şirkətinə məxsus Neoplan avtobusları xidmətə başlayacaq.
Gecə reysləri zamanı təhlükəsizlik qaydalarına tam əməl edilməsi məqsədilə hər iki istiqaməti dar hərəkət zolaqlarından ibarət olan, xüsusilə dağ relyefli avtomobil yollarında daşımaların həyata keçirilməsinə yol verilməyəcək. Uzaq məsafələrə nəzərdə tutulan marşrutlar üzrə avtobuslara iki sürücünün təhkim olunmasına dair tapşırığın icrası zəruri olacaq.
Qeyd edək ki, test rejimi payız və qış ayları boyunca davam edəcək. Növbəti ildən ehtiyac yaranarsa, prosesə yeni daşıyıcılar cəlb olunacaq.
Xatırladaq ki, Nazirlər Kabineti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) gecə reyslərinin bərpasına dair təklifinə razılıq verib.
Femida.az
Oxunub: 602
Oxşar xəbərlər
- Gecə klubunun icarədarı 4000 manat cərimələnib
- Gecəyarı kafeyə gedənlər cərimələndi
- Gecə saatlarından yağan yağış Gəncədə fəsad törədib
- Gecə və səhər yollar buz bağlayacaq - PROQNOZ
- Gecə Kəlbəcərdən çıxan sonuncu ermənilər (VİDEO)
- Gecə düşmənin məhv edilən hərbi texnikası - SİYAHI
- Gecə ərzində düşmənə atəş zərbələri endirilib - VİDEO
- Gecə ərzində gərgin döyüşlər davam edib
- Gecə bütün cəbhə boyu gərgin döyüşlər Azərbaycan Ordusunun üstünlüyü ilə davam edib - VİDEO
- Gecə ərzində düşmənə sarsıdıcı zərbələr endirilib