Son bir ayda 579 ədəd partlamamış hərbi sursat aşkarlanıb
09:31 01 Oktyabr 2019
ANAMA 2019-cu ilin sentyabr ayı ərzində ərazilərin mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi əməliyyatları barədə məlumat yayıb.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Femida.az-a bildirilib ki, 2019-cu ilin sentyabr ayı ərzində Agentlik tərəfindən Ağcabədi, Ağdam, Ağstafa, Cəbrayıl, Xızı, Qazax, Lənkəran, Şəmkir, Tərtər rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisində 930 098 m² (93,01 ha) ərazi yoxlanıl;b, 579 ədəd partlamamış hərbi sursat (PHS), 1 ədəd piyada əleyhinə mina, 1 ədəd tank əleyhinə mina (cəmi: 581 ədəd), 1 ədəd piyada əleyhinə təlim məqsədli mina və 413 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək zərərsizləşdirilib.
Əməliyyatlarda 461 nəfər əməliyyat heyəti, 122 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 40 minaaxtaran it iştirak edib.
İndiyədək cəmi 537 807 552 m² (53 780,76 ha) ərazi təmizlənib, 804 850 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.
Sentyabr ayı ərzində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən - 1 (bir), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 11 (on bir), Dövlət Sərhəd Xidmətindən (DSX) - 7 (doqquz) müraciət daxil olmuşdur (cəmi: 19 çağırış). Müraciətlər əsasında 20 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Ağstafa, Goranboy, Xızı, Qazax, Lənkəran, Şəmkir, Tərtər, Tovuz rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisində 21 095 kv.m ərazi yoxlanılmış, 67 ədəd partlamamış hərbi sursat (PHS), 1 ədəd piyada əleyhinə mina, 1 ədəd tank əleyhinə mina (cəmi: 69 ədəd), 1 ədəd piyada əleyhinə təlim məqsədli mina və 413 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.
Femida.az
Oxunub: 494
Oxşar xəbərlər
- Cəbrayılda mina partlayışında xəsarət alan ANAMA əməkdaşı evə buraxılıb
- ANAMA-nın əməkdaşı Cəbrayılda minaya düşüb
- ANAMA-nın Aparat rəhbəri işdən ayrılıb, yeni vəzifəyə təyin olunub
- ANAMA mina təhlükəsi olan kəndlərdə İcma Komitələri yaradıb
- ANAMA daha 30 minaaxtaran it alacaq
- ABŞ səfirliyi ilə ANAMA arasında əməkdaşlıq məsələləri müzakirə olunub
- ANAMA minaya düşən əməkdaşının vəziyyəti ilə bağlı məlumat yayıb
- Azad olunan ərazilərdə daha 113 mina aşkarlanıb
- Britaniya Azərbaycana mina üzrə daha bir mütəxəssis göndərib
- Azad olunan ərazilərdə daha 316 mina aşkarlanıb