Vilayət Eyvazov generalın yerinə polkovniki gətirdi


09:48     01 Oktyabr 2019 2019/07/vilayet_eyvazov_1562763735.jpg


Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyinat olub.


Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə polis polkovniki Teymur Hacıyev təyinat alıb.

O, bundan əvvəl Mingəçevir Şəhər Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, bir neçə gün əvvəl BŞBPİ-nin rəis müavini, polis general-mayoru Elxan Həsənov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Femida.az

Açar sözlər: #Eyvazov   #polis  

Oxunub: 951