Hərbi prokuror: “Ağır cinayətlər üç dəfə azalıb”


10:13     01 Oktyabr 2019 19_10_01_1569910366.jpg

2003-cü illə müqayisədə 2018-ci ildə qeydə alınan cinayətlərin ümumi sayı 43,2 faiz, müxtəlif səbəblərdən ölən hərbi qulluqçuların sayı 18 faiz, qəsdən adam öldürmə cinayətləri 60 faiz, hərbi xidmətdən yayınma cinayətləri 88,5 faiz, fərarilik cinayətləri isə 200 dəfədən artıq azalıb.


Femida.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.

X.Vəliyev vurğulayıb ki, əksər cinayət növlərinin azalması tendensiyası bu il də davam edib: "2018-ci ilin birinci yarımili ilə müqayisədə 2019-cu ilin müvafiq dövründə qeydə alınan xüsusilə ağır cinayətlər üç dəfə, qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır zərər vurma, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma və maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 50 faiz, hakimiyyətdən sui-istifadə etmə cinayətləri 29,3 faiz, öz sağlamlığına zərər vurmaqla və ya sair üsulla hərbi xidmətdən boyun qaçırma cinayətləri isə 7,7 faiz azalıb".

Açar sözlər:

Oxunub: 362