Maşın camışa dəydi: Ölən və yaralılar var


10:36     01 Oktyabr 2019 19_10_01_1569911896.jpg

Astarada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az -ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Şahağacı kəndində qeydə alınıb. Lənkəran şəhər sakini Zaur Mustafa oğlu Hacıyevin idarə etdiyi “LADA" markalı minik avtomobil yolun hərəkət hissəsində dayanan camışa çırpılıb. Qəza nəticəsində avtomobildə olan sərnişin, Masallı rayon sakini, 1983-cü il təvəllüdlü Cavid Nazim oğlu Aslanov ölüb. Sürücü isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 363