Zakir Qaralov: “Gəncə hadisələrinə görə tutulanların cinayəti tam sübuta yetirilib”


11:07     01 Oktyabr 2019 Zakir_Qaralov.jpg

"Gəncədə baş vermiş hadisələrə hüquq-mühafizə orqanları və cəmiyyət qiymət verib".


Femida.az-ın məlumatına görə, bunu Baş Prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Gəncə şəhərinin sabiq icra başçısına qarşı törədilən terror aktı, həmin terror aktını dəstəkləyən, kütləvi iğtişaşlar törətmək istəyənlər dini-radikal qüvvələrdir.

“Biz prokurorluq olaraq hər birinin istintaqını aparmışıq və kifayət qədər sübut əldə etmişik. Məhkəmə prosesi yekunlaşdığına görə qeyd edə bilərəm ki, onların cinayətləri tam sübuta yetirilib. Məhkəmə sözsüz ki, hər bir təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, bundan əvvəlki fəaliyyətini nəzərə alaraq qərar qəbul edir. Qəbul edilmiş humanist qərarlar onların günahsız olması demək deyil”, - deyə Z. Qaralov vurğulayıb

Femida.az

Açar sözlər:

Oxunub: 384