Astarada yol qəzası olub, ölən və xəsarət alan var
11:38 01 Oktyabr 2019
Astara rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Ələt-Astara-İran sərhəd yolunun rayonun Şahağacı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1975-ci il təvəllüdlü, Lənkəran şəhər sakini Zaur Mustafa oğlu Hacıyevin idarə etdiyi Lada "Priora" markalı 99 NM 246 dövlət qeydiyyat nişanlı avtomobil Ələt istiqamətində hərəkətdə olarkən qarşısına qəfildən çıxan camışı vurub.
Nəticədə sürücü ağır bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Avtomobildəki sərnişin, hələlik şəxsiyyəti məlum olmayan Masallı rayon sakini isə ölüb.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 377
Oxşar xəbərlər
- Astarada qardaşını baltalayan qadının məhkəməsi başlayır
- Astarada minik və yük avtomobilləri toqquşub, ölən və yaralanan var
- Astarada toyda dava düşüb, xəsarət alan var
- Astarada polisi öldürmək istəyən şəxsə 17 il 7 ay həbs cəzası verilib
- Astarada yük avtomobili qəzaya uğrayıb, ölən və yaralanan var
- Astarada meşədə yanğın başlayıb
- Astarada şadlıq sarayının sahibi və toy təşkilatçısı cərimələnib
- Astarada su anbarında üç aylıq körpənin meyiti aşkarlanıb
- Astarada 5 uşaq atası intihar edib
- Astarada 20 yaşlı gənci avtomobil vurub