Pensiyaların orta aylıq məbləği 3 dəfə artıb - Son 10 ildə


11:41     01 Oktyabr 2019 pensiya.jpg

Hazırda ölkəmizdə əmək pensiyaçılarının mühüm bir hissəsini də ahıl vətəndaşlar təşkil edir.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Femida.az-aa verilən məlumata görə, 2006-cı ildə sığorta prinsiplərinə əsaslanan yeni “Əmək pensiyaları haqqında” qanun qüvvəyə mindikdən ötən dövrdə ölkəmizdə əmək pensiyasının minimim məbləği 8 dəfə artıb. Xüsusilə Prezident İlham Əliyevin 2019-cu ildə təqdim etdiyi, sosial sahədə inqilabi irəliləyişləri təmin edən sosial islahatlar paketi bu istiqamətdə növbəti mühüm addımların atılmasını təmin edib. Belə ki, bu il həyata keçirilən iki sosial paketin nəticəsi kimi, ölkəmizdə minimum pensiya 2019-cu il martın 1-dən 116 manatdan (bir sıra kateqoriyalar üzrə 80 manatdan) 160 manata, oktyabrın 1-dən isə 200 manata çatdırılıb. Beləliklə, Azərbaycanda əmək pensiyasının minimum məbləği təkcə cari il ərzində 72,4 faiz artırılıb, həmçinin yeni məbləğlə ölkəmizdə minimum pensiya məbləği pensiyaçılar üçün yaşayış minimumunu (149 manat) 34,2 faiz üstələyib, minimum pensiyanın alıcılıq qabiliyyəti (PPP üzrə) baxımından Azərbaycan MDB-də ilk yeri tutub.

Nazirlik bildirir ki, eyni zamanda, dövlət başçısının 18 iyun 2019-cu il tarixli Sərəncamları ilə dövlət qulluqçularının, hərbi qulluqçuların, ədliyyə, hüquq mühafizə, fövqəladə hallar, miqrasiya orqanları əməkdaşlarının, xüsusi rütbəli şəxslərin və başqa əməkhaqları bu il sentyabrın 1-dən ciddi şəkildə artırılıb. Bu da qanunvericiliyə əsasən xüsusi şərtlərlə pensiya təyin olunmuş pensiyaçıların da pensiyalarının orta hesabla 31 faiz artmasına imkan verib: "Bununla yanaşı, son on ildə sosial müavinətlərin orta aylıq məbləği 3 dəfədən çox artırılıb və bu il reallaşan sosial islahatlar yaşa görə müavinətlərin də iki dəfəyə yaxın artmasını, 73 manatdan 78 faiz artaraq 130 manata çatdırılmasını təmin edib", - deyə ƏƏSMN-nin məlumatında qeyd olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 1167