Bakı MDB məkanında ilk beşlikdədir - Payız səyahətlərinə görə


12:29     01 Oktyabr 2019 19_10_01_1569918599.jpg


“TurStat” turizm portalı payız fəslində istirahət və səyahət üçün MDB-nin ən yaxşı şəhərlərinin reytinqini təqdim edib.

Siyahı 2019-cu ilin payızında turistlər arasında populyarlıq qazanan şəhərlərin analizi nəticəsində hazırlanıb.

Məlumata görə, MDB şəhərlərinə turistlər payız aylarında ortalama iki-üç istirahət günündə gəlirlər və əsasən, həftəlik ekskursiya turlarına üstünlük verirlər.

Siyahıya Azərbaycanın paytaxtı Bakı da daxil olub.

Reytinqə görə, turistlər payızda MDB-nin ölkə və şəhərlərində 40-100 dollar arası (60 – 170 manat) xərcləyərək, Minskə gəzməyə, Astana və Bakıya alış-verişə gəlirlər.

Məlumatda qeyd edilib ki, turistlərin payızda Azərbaycana səfər etməsinə səbəblərdən biri də oktyabrın sonlarında Göyçayda keçiriləcək Nar bayramıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 397