Deputatdan yanğınla bağlı sərt açıqlama


15:45     20 May 2015 1406264092_1344380438_aliiii.jpg

"Bakıda bu cür tezalışan materialdan üzlük çəkilmiş yüzlərlə binanın növbətisində belə bir faciənin yaşantılarının təkrarlanmaması üşün təcili təsirli tədbirlər görülməlidir".


Femida.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin deputatı Əli Məsimli bildirib:

"Bakıda çoxmərtəbəli binanın yanmasının insan təlafatı ilə müşayət olunan faciəvi nəticələrindən üzüldüyümü bildirir, yanğın zamanı həlak olanların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!

Yanğın nəticəsində xəsarat alanlara Allahdan şəfa diləyirəm. Bakıda bu cür tezalışan materialdan üzlük çəkilmiş yüzlərlə binanın növbətisində belə bir faciənin yaşantılarının təkrarlanmaması üçün təcili təsirli tədbirlər görülməlidir.

Eyni zamanda şəxsi qazancları naminə bütün dəyərləri ayaqları altına sərən əsl günahkarlar insanların həyatına, sağlamlığına, təhlükəsizliyinə, mülkünə, əmlakına, olan-qalanına biganəliyin, qəsdin acı nümunəsi olan bu hadisəyə görə layiqlı cəzalaraını almalıdır".

Açar sözlər:

Oxunub: 742