Valideynlər uşaqlarına serial qəhrəmanlarının adını qoyur - Statistika
12:40 01 Oktyabr 2019
Son illər ərzində Azərbaycanda xarici film, xüsusilə türk seriallarının qəhrəmanlarının adlarının yenidoğulanlara qoyulması halları çoxalıb. Tarixi adlara olan maraq isə artmayıb.
Femida.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycanda daha çox maraq göstərilən tarixi adlar Fateh, Babək və Nadirdir.
Son 5 ildə (2014-2018-ci illər) Fateh adı 1262 uşağa verilib. 2014-cü ildə 199, 2015-ci ildə 260, 2016-cı ildə 238, 2017-ci ildə 228, 2018-ci ildə 288 uşaq bu adın daşıyıcısı olub.
Son 5 ildə 261 körpəyə Babək adı qoyulub. 2014-cü ildə 58, 2015-ci ildə 42, 2016-cı ildə 60, 2017-ci ildə 66, 2018-ci ildə 64 uşağa Babək adı qoyulub.
Son 5 ildə 474 uşağa Nadir, 383 uşağa Çingiz, 124 uşağa Alparslan, 5 uşağa Koroğlu, 5 uşağa Qorqud, 15 uşağa Beyrək adı verilib.
Həmin müddətdə Alpər adı 65, Alp adı 12, Atatürk adı 1, Mustafapaşa 1, Xətai adı 20, Çingizxan 18, Nadirxan 2, Nadirşah 1, Teymurxan adı 7 uşağa qoyulub.
Femida.az
Oxunub: 3768
Oxşar xəbərlər
- Valideynlərlə təşkilatçılar arasında insident: Yaralılar ortada qaldı
- Valideynlərini itirmiş uşaqlar ilk dəfə işə düzələrkən 265 manat kompensasiya alacaqlar
- Valideynlərin hansı hallarda övladlarını məktəbə göndərməyəcəkləri məlum olub
- Valideynlər övladları ilə bağlı iltizam imzalayacaq
- Valideynlərini itirmiş şəxslərlə bağlı mühüm xəbər
- Valideynləri tərəfindən imtina olunan uşaqlarla bağlı YENİ QƏRAR
- Valideynlərini itirmiş şəxslərin magistratura xərclərini dövlət ödəyəcək
- Valideynlərini itirmiş uşağa və ona baxan şəxsə bu müavinətlər verilir - Hüquqi maarifləndirmə
- Valideynlərin soyadı müxtəlif olduqda uşağa kimin soyadı verilməlidir? - HÜQUQİ YARDIM
- Valideynlərinin başını kəsən, övladlarına dəhşətli işgəncə verən şəxs tutuldu - DƏHŞƏTLİ VİDEO