Mingəçevirdə zəncirvari yol qəzası baş verib


14:07     01 Oktyabr 2019 qeza_yeni.jpg


Mingəçevirdə zəncirvari yol qəzası baş verib.

Femida.az-ın məlumatına görə, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb. Belə ki, “VAZ 2112” və iki “ VAZ 2104” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində biri yüngül olmaqla iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəsarəti yüngül olan şəxsə yerindəcə tibbi yardım göstərilib, durumu ciddi olan 1989-cu il təvəllüdlü, Bakı şəhər sakini Məmmədov Elmir Nəbi oğlu isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 411