Pensiya düzəltmək adı ilə insanları soydu
14:19 01 Oktyabr 2019
Quba rayonunda insanları iş və pensiya vədi ilə aldadan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Quba regional qrupundan Femida.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində vətəndaşları dələduzluq yolu ilə aldadan və bununla da zərərçəkənlərin xeyli miqdarda pulunu mənimsəyən şəxsin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbiri həyata keçirilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon sakini, 41 yaşlı Nəsrulla Sultanov saxlanılıb. İlkin dindirmə zamanı N.Sultanov törətdiyi cinayət əməllərini etiraf edib.
Saxlanılan şəxsin ətrafında aparılan tədbirlərlə onun Quba rayonu ərazisində on səkkiz vətəndaşa qarşı dələduzluq etdiyi məlum olub. Belə ki, adı çəkilən şəxs vətəndaşların etibarından istifadə edərək, onları yüksək məvacibli yaxşı işlərlə təmin edəcəyini, xəstəlik və əlillik təqaüdləri düzəldəcəyi barədə vədlər verərək, onların xeyli miqdarda pulunu dələduzluq yolu ilə mənimsəyib.
Polis əməkdaşları Nəsrulla Sultanovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir.
Əgər onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Quba RPŞ-nə və ya şəhər telefonlarından 02333-5-35-11; 02333-5-43-02 nömrələri ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.
Femida.az
Oxunub: 636
Oxşar xəbərlər
- Pensiyalar ödənilir
- Pensiyalar iyulun 15-də tam ödəniləcək
- Pensiyası az olan şəxslərə müavinət təyin olunması barədə qanun imzalanıb
- Pensiyalar sabah tam ödəniləcək
- Pensiya və təqaüd alanlara sevindirici xəbər - Bu qədər arta bilər - VİDEO
- Pensiyalar mayın 13-də tam ödəniləcək
- Pensiyaların tam ödənilməsi aprelin 15-də başa çatacaq
- Pensiya alanlara ŞAD XƏBƏR - 50 manat əlavə olunacaq
- Pensiyalarla bərabər sosial yardımlar da Novruz bayramına qədər ödənəcək
- Pensiyaçılara ödənilən birdəfəlik maddi yardımlar gələcəkdə daimi veriləcək