Təhsil Nazirliyi "Mən müəlliməm" adlı sosial kampaniyaya başlayıb


14:35     01 Oktyabr 2019 2019/10/e76afcc6-d538-4551-b9b4-56f717276675_1569926201.jpg

Təhsil Nazirliyi 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə "Mən müəlliməm" adlı sosial kampaniyaya başlayıb.



Nazirlikdən Femida.az-a verilən məlumata görə, kampaniya oktyabrın 7-dək davam edəcək.

Kampaniyaya qoşulmaq istəyən müəllimlər sosial şəbəkələrdə şagirdləri ilə birgə çəkdirdiyi şəkli paylaşmalı, #TəhsilNazirliyi və #MənMüəlliməm həştəqlərini yazmalı, eləcə də digər həmkarlarını kampaniyaya qoşulmağa dəvət etməlidir.

Nazirlikdən bildirilib ki, #MənMüəlliməm kampaniyası müəllim əməyinə hörmət və ehtiramın ifadəsinə xidmət edir.

Femida.az

Açar sözlər:

Oxunub: 626