Mənzildən 8 il əvvəl ölmüş qadınla itin skeleti tapıldı (VİDEO)

Mənzildən 8 il əvvəl ölmüş qadınla itin skeleti tapıldı (VİDEO)


16:02     01 Oktyabr 2019 19_10_01_1569929322.jpg

Yaşayış binasında başlayan yanğını söndürmək istəyən yanğınsöndürənlər qorxunc mənzərə ilə rastlaşıb.


Femida.az xarici mətbuata istinadən xəbər verir ki, evdən səs gəlmədiyini görən yanğınsöndürənlər qapını qıraraq içəri daxil olub. Bu zaman döşəmədə insan və it skeleti ilə rastlaşıblar. Mənzərədən qorxuyan düşən əməkdaşlar polisə məlumat verib. Araşdırma zamanı məlum olub ki, yaşlı bir qadın 2011-ci ildə evdə ölıüb.8 il müddətində meyit evdə qaldığından çürüyərək skelet halına düşüb. Qadın öldüyündən evdə saxladığı it də acından ölüb.

Almaniyada baş vermiş müəmmalı hadisə həm medianı, həm də insanları bir sual ətrafında düşündürüb. Bu qədər müddətdə qadının ölməsindən niyə yaxınları, qonşuları xəbər tutmayıb?

Hadisə yerindən videonu təqdim edirik:




Açar sözlər: #video   #maraqlı  

Oxunub: 4235