Ata və 11 yaşlı oğlu yandı - Samuxda


13:45     16 Noyabr 2015 1380350537_ambulans-yeni-103.jpg

Samuxda ata və övladı ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.


Samuxun Kolayır kəndində 1974-cü il təvəllüdlü Aftandil Məmmədov sobaya dizel yanacağı əvəzinə səhvən benzin töküb. Güclü alov nəticəsində A. Məmmədov və onun 2004-cü il təvəllüdlü oğlu Əziz Məmmədov müxtəlif yanğın xəsarətləri alıblar.

A. Məmmədov Təcili Tibbi Yardım Xəstəxanasına, övladı isə Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Açar sözlər:

Oxunub: 846