Məhkum 17 il ədalətdən qaçaraq mağarada gizlənib
18:13 01 Oktyabr 2019
Çində qaçaq məhbus hüquq mühafizə orqanlarından gizlənmək üçün 17 il mağarada yaşayıb.
Bu barədə BBC xəbər verib.
Sun Çzyan adlı həmin şəxsin keçmiş polis olduğu bildirilib. Qadın və uşaq alverinə görə məhkum olunan cinayətkar 2002-ci ildə həbsxanadan qaçmağa nail olub. Bütün bu müddət ərzində o, doğma şəhərinin yaxınlığında yerləşən dağ mağarasında yaşayıb.
Qaçaq məhkumun yeri dronlar sayəsində müəyyən olunub. Havadan çəkilən fotolarda polis mağaranın üstündə mavi polad dam, yaxınlığında isə zibil tapıb.
Qaçaq gizləndiyi mağarada saxlanılıb. Polisin dediyinə görə, Sun Çzyan uzun müddət tək yaşayıb ki, səlahiyyətlilərlə əlaqə qurmaqda çətinlik çəkib. Sonda qaçaq yenidən həbsxanaya göndərilib.
Oxunub: 460
Oxşar xəbərlər
- Məhkumlar tərəfindən törədilməsi ehtimal olunan 753 cinayətin qarşısı alınıb
- Məhkumların yemək və maddi-məişət normaları təsdiq edilib
- Məhkumların reinteqrasiyasında innovativ yanaşma
- Məhkumlara elektron nəzarət vasitələrinə dair qərarda dəyişiklik olub
- Məhkumların ailələrinə videozəng etməsi təklif edilir
- Məhkumlarla videogörüşə icazə verilə bilər
- Məhkumlar arasında koronavirusdan ölüm halı qeydə alınmayıb - AÇIQLAMA
- Məhkumların islah olunmasında istifadə olunan vasitələr hansılardır?
- Məhkum qadınlarla bağlı YENİLİK
- Məhkumlar evlənə bilərmi? - QANUN