İranda ABŞ casusu edam olunacaq


18:50     01 Oktyabr 2019 19_10_01_1569933198.jpg

İranda ABŞ-a casusluqda ittiham olunan şəxsə edam cəzası verilib.
Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın məhkəmə hakimiyyətinin rəsmi nümayəndəsi məlumat verib. Bildirilib ki, bundan başqa daha üç nəfər casusluqda ittiham olunaraq 10 il həbs cəzasına məhkum edilib.

Onlardan ikisi ABŞ-a, biri isə Böyük Britaniyaya casusluq etməkdə günahlandırılır. Ölüm cəzasına məhkum olunan şəxs Ali Məhkəməyə şikayət ərizəsi verib.

Açar sözlər:

Oxunub: 433