873 gənc prokurorluq orqanlarında işə qəbul olunub


19:27     01 Oktyabr 2019 bas_prokuror4.jpg


"Xidmətdə fərqləndiklərinə və vəzifə borclarını nümunəvi icra etdiklərinə görə müsabiqə yolu ilə qulluğa qəbul edilən 873 gənc hüquqşünasın bir çoxu prokurorluğun müxtəlif struktur qurumlarında məsul vəzifələrə irəli çəkiliblər".


Femida.az xəbər verir ki, bunu Baş prokuror Zakir Qaralov Prokurorluq işçilərinin peşə bayramı günü və Milli Prokurorluğun yaradılmasının 101-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, həmçinin cari il fevralın 18-də prokurorluq orqanlarına işə qəbul olunmaq üçün 80 vakant ştat vahidi üzrə elan edilən 20-ci müsabiqənin sonuncu mərhələsi başa çatdıqdan sonra vakant ştat vahidlərinin tam komplektləşdirilməsi hesabına prokurorluğun kadr korpusunun 70 faizdən çoxunu gənc mütəxəssislər təşkil edəcək.

Femida.az

Açar sözlər: #prokurorluq  

Oxunub: 1204