44 yaşlı kişini avtomobil vurub


21:15     01 Oktyabr 2019 2019/10/515d9386e2501e0_1569950395.jpg

Balakəndə 44 yaşlı kişini avtomobil vurub.


APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Balakən-Qabaqçöl avtomobil yolunun Yeni Şərif kəndinin girişində baş verib.

Kənd sakini, 1975-ci il təvəllüdlü Ramiz İbrahim oğlu Hədisov minik avtomobilinin zərbəsilə üzləşib. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan R.Hədisov Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub, müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində aparılır. R.Hədisovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 481