Mehriban Əliyeva Sami Yusufu təltif etdi


09:15     02 Oktyabr 2019 2019/10/3a42182f-c141-482e-9b66-be1a33429a5f_1569993421.jpg


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusufla görüşüb.


Femida.az xəbər verir ki, Birinci vitse-prezident Mehriban Əliyeva müğənniyə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu təqdim edib.

Birinci vitse-prezident Mehriban Əliyeva Sami Yusufun II Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalındakı iştirakını yüksək dəyərləndirib. Mehriban Əliyeva müğənninin bu ilin iyununda Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilən konsertdəki çıxışını da xatırladıb, bu konsertin ən yüksək səviyyədə təşkil edildiyini və Azərbaycan ilə UNESKO arasındakı əlaqələrə töhfə olduğunu vurğulayıb. Birinci vitse-prezident bildirib ki, Azərbaycan Prezidentinin Sərəncamına əsasən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkili və keçirilməsində fəal iştirak etmiş şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər. Bu şəxslərin sırasında Sami Yusuf da var.

Birinci vitse-prezident fəxri diplomu müğənniyə təqdim edib.

Görüşdə Mehriban Əliyeva Sami Yusufa gələcək yaradıcılığında uğurlar arzulayıb.

Müğənni və bəstəkar Sami Yusuf yüksək mükafata görə minnətdarlığını bildirib.

Femida.az

Açar sözlər: #Sami_Yusuf  

Oxunub: 582