Türkiyəli müğənni azərbaycanlı xərçəng xəstəsi üçün kömək istədi - Foto


09:32     02 Oktyabr 2019 19_10_02_1569994636.jpg

Məşhur türkiyəli müğənni Haluk Levent azərbaycanlı xərçəng xəstəsi Sura Nadirovaya dəstək istəyib. Femida.az xəbər verir ki, o, twitter səhifəsində bununla bağlı məlumat paylaşıb:


"Surə Nadirova. 22 yaşı var. Lenfoma xərçəngidir. Türkiyə Respublikasının vətəndaşı olmadığı üçün valiliyin icazəsi yoxdur. 400 min lirə lazımdır. Azərbaycanın dövlət orqanlarına müraciət edirəm. Bakıda dinləyicilərim çoxdur. Konsert təşkil edin, yığılan pulla Suraya kömək edək. Qardaşlığımızı möhkəmləndirək!".





Femida.az

Açar sözlər: #xərçəng  

Oxunub: 1081