Ermənilər atəşkəs rejimini 22 dəfə pozublar
09:52 02 Oktyabr 2019
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Muncuqlu kəndlərində, Krasnoselsk rayonunun Cil kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Ağdam rayonunun işğal altında olan Mərzili, Füzuli rayonunun Kürdlər, Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Femida.az
Oxunub: 339
Oxşar xəbərlər
- Ermənilər əsgərimizə görün nə edib - 18+VİDEO
- Ermənilər dünən Qarabağda nə qədər itki verib? - Yeni rəqəmlər
- Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
- Ermənilər Ağdamda “Bakcell"in əməkdaşına atəş açaraq yaralayıb, cinayət işi başlanılıb
- Ermənilərin dünən atıb qaçdığı silah-sursatın GÖRÜNTÜLƏRİ
- Ermənilər dövlət sərhədinin Laçın istiqamətində növbəti təxribata cəhd göstərib
- Ermənilərin basdırdıqları minaya öz vətəndaşları düşüb
- Ermənilərin Bərdəyə “Toçka-U” atmasından bir ötür
- Ermənilər Kəlbəcəri atəşə tutub
- Ermənilər Laçın, Şuşa və Xocalı istiqamətində atəşkəsi pozub