"Onlar insan hüquqları barədə danışanda gülməyim gəlir" - Anar Bağırov


10:27     02 Oktyabr 2019 19_10_02_1569997479.jpg


Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov ABŞ Konqresi rəsmilərinin Dağlıq Qarabağa qanunsuz səfər etməsinə etirazını bildirib.

Femida.az-ın məlumatına görə, Kollegiya sədri bu barədə "facebook" hesabında yazıb:

"Görəsən Krım və Qarabağ kimi işğal olunmuş digər ərazilərə də səfər edəcəklərmi? Əlbəttə ki, yox! Bu ermənipərəst “demokratiya carçıları” illər boyu işğal məsələsində bizim ölkəmizə və xalqımıza qarşı açıq-aşkar ikili standartlar tətbiq edirlər. Bax buna görə onlar və onların buradakı resipientləri insan hüquqları və digər yüksək materiya barədə böyük-böyük danışanda özümdən asılı olmayaraq gülməyim gəlir".

Qeyd edək ki, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ABŞ-da səfərdə olarkən, ABŞ Konqresinin Erməni Məsələləri Komitəsinin həmsədri, əsas erməni lobbiçilərindən olan Frank Pallone, habelə konqresmenlər Ceki Spir-Kançelyan və Cudi Çu bu gün, 1 oktyabrda hərbi təyyarə ilə işğal olunmuş Qarabağda gəliblər.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #ABŞ   #Ermənistan   #siyasət  

Oxunub: 2243