31 nəfər saxlanılıb


10:43     02 Oktyabr 2019 dinnnn.jpg

2019-cu il oktyabr ayının 1-dən 2-dək daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

DİN-in Mətbuat Xidmətindən Femida.az -a verilən məlumata görə, ötən gün ərzində törədilən 21 cinayətin üstü “isti izlər”lə açılıb
Əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 15 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.

Açar sözlər:

Oxunub: 372