Ermənistanın təxribat-diversiya qruplarının döyüş mövqelərimizə doğru hərəkətinin qarşısı alındı


10:43     02 Oktyabr 2019 diversiya%20texribat%202017%20video.jpg

Dünən saat 22:00 radələrində Qazax rayonu istiqamətində Ermə­nistanla dövlət sərhədindəki təmas xəttində Ermə­nistan Silahlı Qüv­vələrinin döyüş mövqelə­rindən ərazimizə doğru təx­ribat-diversiya qrup­larının hərəkəti döyüş mövqelərimizdə xid­mət aparan sərhəd naryadları tərəfindən aşkarlanıb və qar­şısı alınıb.


Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, sər­həd döyüş məntə­qələrimiz Ermənis­tan Res­pub­likasının Silahlı Qüvvə­lərinin bölmələri tərə­findən müxtəlif istiqa­mət­lərdən iri çaplı silahlardan dəfələrlə intensiv atəşə tutulub.

Bütün hallarda bölmələrimizə qarşı atəşin açıldığı Ermənistan Si­lahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

Açar sözlər:

Oxunub: 2093